26 oktyabr 2013 18:17
Nduka fərqləndi, komandası 3 qol vurub, 1 xal qazandı (YENİLƏNİB)
Futbol üzrə Türkiyə PTT Birinci Liqasında 10-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçuların çıxış etdiyi “Tavşanlı Linyitspor” klubu da bu gün növbəti matçına çıxıb.
Azərbaycan millisinin sabiq futbolçusu Usim Nduka ilə qapıçı Andrey Popoviçin heyətində yer aldığı bu komanda evdə “Manisaspor”la qarşılaşıb. 6 qolun vurulduğu qarşılaşmada tərəflər hərəyə bir xalla kifayətləniblər.
Futbolçularımızın bu oyunda meydana çıxıb-çıxmayacağı maraqla gözlənilirdi. Popoviçin adı ümumiyyətlə matçın iştirak ərizəsinə salınmayıb. Nduka isə 90 dəqiqə meydanda olub. O, 35-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
Qeyd edək ki, “Tavşanlı Linyitspor” hazırda 8 xalla 17-ci pillədə qərarlaşıb.
Türkiyə PTT Birinci Liqası
10-cu tur
26 oktyabr
Tavsanlı Linyitspor - Manisaspor - 3:3
