26 oktyabr 2013 18:36
Fərid Quliyevin komandasını darmadağın etdilər (YENİLƏNİB)
Futbol üzrə Türkiyə PTT Birinci Liqasında 10-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Quliyevin çıxış etdiyi “Kahramanmaraşspor” klubu da bu gün növbəti matçına çıxıb.
Həmyerlimizin komandası səfərdə “İstanbul BB” ilə qarşılaşıb. Görüş "Kahramanmaraşspor"un böyük hesablı məğlubiyyəti ilə bitib.
Futbolçumuzun bu oyunda meydana çıxıb-çıxmayacağı maraqla gözlənilirdi. Təəssüf ki, Fərid bu dəfə də heyətə düşə bilməyib.
Qeyd edək ki, “Kahramanmaraşspor” hazırda cəmi 2 xal toplaya bilib və sonuncu - 19-cu pillədə qərarlaşıb.
Türkiyə PTT Birinci Liqası
10-cu tur
26 oktyabr
İstanbul BB - Kahramanmaraşspor - 3:0
