26 oktyabr 2013 12:58

Nazim Süleymanov: Heyətlə bağlı çatışmazlıqlar var

“Neftçi”nin yeni baş məşqçisi Nazim Süleymanov bu gün ictimaiyyətə rəsmən təqdim olunub. Azerisport.az xəbər verir ki, tədbir zamanı millimizin sabiq məşqçisi jurnalistlərin suallarını da cavablandırıb:

- Ötən gün mən böyük bir kluba baş məşqçi təyin olundum. “Neftçi” kimi komandada çalışmaq mənim üçün şərəfdi. Böyük məsuliyyət hiss edirəm. Ümidləri doğrultmağı çox istəyirəm. Komanda üç ildi çempion olur. Bu titulu saxlamaq lazımdı.
 
- Klub prezidenti ilə görüşünüz oldu. Qarşınıza hansı hədəflər qoyulub?
- Bəli. Çempionluq titulunu qorumalı və Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmalıyıq. Bu, minimumdu.
 
- Amma hamı “Neftçi”nin Çempionlar Liqasının qrup mərhələsində oynamasını gözləyir...
- Bunun üçün öncə çempion olmalıyıq. Sözdə hər şeyi demək olar. Amma işləmək lazımdı. Əgər ÇL-in qrup mərhələsinə düşmək istəyiriksə, hər bir futbolçu maksimum çalışmalıdı.
 
- Sizin digər köməkçiləriniz kimlər olacaq?
- Qapıçılarla işləyən məşqçi, eləcə də fiziki hazırlığa baxan mütəxəssislər qalır. Bütün bu məsələlərə qışda aydınlıq gətirəcəyik.
 
- “Neftçi”də necə çalışacağınızı müəyyənləşdirmisiz?
- Mən komandanı izləyirdim. Amma kənardan hər şey asan görünür. Komandanın daxilində olduqda isə çox şeyin fərqli olduğunu görürsən. Bizə ilk növbədə müəyyən çatışmazlıqları aradan qaldırmaq lazımdı. Məsələn, heyətlə bağlı. Boşluqlar az deyil.
 
- “Neftçi” iki ay öncə sizə bu postu təklif etmişdi?
- Həmin vaxt klubun öz məşqçisi var idi. Hətta təklif olsaydı da, danışıq aparmağım düzgün çıxmazdı. Təkliflər var idi. Amma təkcə “Neftçi”dən deyildi. Ümumiyyətlə, yerli məşqçilərə bu cür fürsətin yaradılması yaxşı haldı. Bir vaxtlar Lənkəranda mənə işləməyə sadəcə imkan verilmədi.

- Yığmada çalışdığınızı nəzərə alsaq, AFFA ilə problem olmadı?
- AFFA rəhbərliyi ilə söhbətimiz oldu və onlar razılıq verdilər. Sağ olsunlar ki, məni buraxdılar.
 
- Sizin rəhbərliyiniz altında “Neftçi”nin oyun stili nə dərəcədə dəyişəcək?
- Mən komandanın daha çox hücum etməsini, daha çox qol vurmasını, daha sürətli oynamasını istəyirəm. Bunun üçün də çox işləmək lazımdı.
 
- Böyükağa Hacıyevin bu klubda çalışması müəyyən mənada Tərlan Əhmədovun istədiyi kimi çalışmasına mane olurdu. Eyni aqibətlə üzləşəcəyinizdən qorxmursuz?
- Bu barədə heç nə deyə bilmərəm. Baxarıq, görək necə olur. Bu məsələyə sonra toxunarıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.