27 oktyabr 2013 16:00
Ruslan Abışovsuz Rubin yenə məğlub oldu (YENİLƏNİB)
Futbol üzrə Rusiya Premyer Liqasında 14-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Ruslan Abışovun çıxış etdiyi “Rubin” bu tur “Lokomotiv”lə üz-üzə gəlib.
Oyun doğma meydanda keçirilirdi. Buna baxmayaraq, "Rubin" doğma azarkeşləri qarşısında məğlubiyyətdən qaça bilməyib.
“Rubin”in baş məşqçisi Kurban Berdiyevin Ruslana bu dəfə şans verib-verməyəcəyi maraqla gözlənilirdi. Son dövrlər zədədən əziyyət çəkən futbolçumuz meydana çıxmayıb.
Qeyd edək ki, “Rubin” geridə qalan turlarda cəmi 16 xal toplaya bilib və 10-cu pillədə qərarlaşıb.
Rusiya Premyer Liqası
14-cü tur
27 oktyabr
Rubin – Lokomotiv - 1:2
