26 oktyabr 2013 11:26
Milinko Pantiç: Bakının hələ çempionatın gedişatını dəyişməyə zamanı var
“Bakı”nın baş məşqçisi Milinko Pantiçin azerisport.az saytına müsahibəsi
- Siz “Rəvan”la oyundan sonra baş hakim Fariz Yusifova niyə yaxınlaşdınız?
- Mən ona təşəkkür etmək və qucaqlamaq istəyirdim. Amma o, bunu istəmədi (gülür).
- Mən ona təşəkkür etmək və qucaqlamaq istəyirdim. Amma o, bunu istəmədi (gülür).
- Hakimliyin səviyyəsindən razı qalmışdınız?
- Hakim komandalara futbol oynamağa kömək etməlidi. Mənə onların köməyi lazım deyil. Heç onlara ayrı-ayrı epizodlara görə etirazım da yoxdu. Kobud səhvləri olmadı. Sadəcə, hakimin rəqib futbolçuların üzünə gülməsi xoşuma gəlmədi. Biz sadəcə 25 dəqiqə təmiz futbol oynaya bildik. Qalan vaxt ərzində isə rəqib futbolçular yerli-yersiz zamana işləməklə məşğul idi. Bu, yolverilməzdi. Hakim bunu nəzərə almalıydı.

- Mətbuat konfransında “Rəvan”ın hazırlıq səviyyəsini tənqid edirdiniz. İndi isə hakimliyi. Bəs öz oyunçularınız barədə nə deyə bilərsiz?
- Mən öz oyunçularımdan razıyam. Komandam əlindən gələni etdi. Yeganə çatışmayan qol idi.
- Mən öz oyunçularımdan razıyam. Komandam əlindən gələni etdi. Yeganə çatışmayan qol idi.
- Rauf Əliyev çox əlverişli vəziyyətdə qol vurmamaqla komandanı 3 xaldan məhrum etdi...
- O, çalışdı. Əgər ümumiyyətlə qol vəziyyəti yarada bilməsəydi, qınaya bilərdim. Amma hücumçuların heç də həmişə bəxti gətirmir. Həm də onun ayağına tez-tez zərbə endirirdilər. Özü də keçmiş komanda yoldaşları.
- Siz “Bakı”nın “Rəvan”da icarədə olan futbolçularının sizə qarşı oynamasından da narazı görünürdünüz...
- Bu, iki klub arasındakı danışıqlarda nəzərə alınmalıydı. İspaniyada belə bir şey yoxdu. İcarədə olan futbolçu keçmiş komandasına qarşı oynaya bilməz. Amma görünür burda hər şey başqa cürdü.
- Rəqib düşərgədə icarədə olan futbolçunuz Rəşad Abdullayev meydanı tərk edəndə onu alqışladınız. Bu, nə ilə bağlıydı?
- O, möhtəşəm oyun sərgilədi. Çox yaxşı oğlandı. O, həm futbolçu, həm də insan kimi xoşuma gəlir.
- O, möhtəşəm oyun sərgilədi. Çox yaxşı oğlandı. O, həm futbolçu, həm də insan kimi xoşuma gəlir.
- Elə isə niyə onu “Bakı”da saxlamadınız?
- Onun mövqeyində çoxlu futbolçular var idi. Özü də yerli oyunçular. O, özü də bunu başa düşürdü.
- Komandanız üç turdu qələbə qazana bilmir. Liderlər isə getdikcə uzaqlaşırlar...
- Biz AZAL və “Rəvan”la oyunlarda qalib gəlməyə borclu idik. Amma əgər top qapıya getmək istəmirsə, nə edə bilərik? Komandam oynayır. Özü də bunu sona kimi edir. Bizim hələ çempionatın gedişatını dəyişmək üçün zamanımız var.