25 oktyabr 2013 17:20
Aqil Məmmədov: Qəbələ üç xala layiq idi
“Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov azerisport.az saytına müsahibəsində futbol üzrə Topaz premyer-liqasının 11-ci turu çərçivəsində keçirilmiş oyunda komandasının “Qəbələyə” məğlubiyyəti ilə bağlı (0:2) şərh verib.
“Birinci dövrədə “Qəbələ” üzərində qələbə qazanmışdıq və bilirdik ki, rəqib ancaq qələbəyə oynayacaq. Çətin idi. “Qəbələ” üç xala tamamilə layiq idi. Bizə isə oyun keyfiyyətlərimizi yaxşılaşdırmaq lazımdır”.
