25 oktyabr 2013 17:15
Yuri Syomin: Oyunumuzda çatışmazlıqlar vardı
“Qəbələ”nin baş məşqçisi Yuri Syomin azerisport.az saytına müsahibəsində futbol üzrə Topaz premyer-liqasının 11-ci turu çərçivəsində keçirilmiş oyunda komandasının “Sumqayıt” üzərində qələbəsinə (2:0) şərh verib.
“Biz layiqli qələbə qazandıq. “Sumqayıt”dan birinci dövrədəki məğlubiyyətin əvəzini çıxdıq. Bununla belə, oyunumuzda çatışmazlıqlar vardı. Çatışmazlıqlar həm fərdi, həm də komanda cəhətdən var. Oyunçular bu barədə bilirlər. Başa düşürük ki, üzərində işləməli olduğumuz məqamlar var”.
