25 oktyabr 2013 16:10
Süleymanov və Şıxlarov Neftçi üzvlərinə təqdim edilib
Bu gün “Neftçi” PFK-nın bazasında komandanın yeni baş məşqçisi Nazim Süleymanovun təqdimat mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, klub prezidenti Sadıq Sadıqovun rəhbərliyi ilə baş tutmuş iclasda “Neftçi” PFK-nın yeni baş məşqçisi və onun köməkçisi Səmədağa Şıxlarov komanda üzvlərinə təqdim edilib.
