25 oktyabr 2013 15:40
Con Toşak: Qarabağla oyun çətin olacaq
“Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak klub saytına müsahibəsində futbol üzrə Topaz Premyer Liqasının 11-ci turu çərçivəsində “Qarabağ”la baş tutacaq oyun haqda danışıb. Azerisport.az Toşakın fikirlərini oxuculara çatdırır.
“Qarşıda bizi “Qarabağ”la çətin oyun gözləyir. Kubok qazanmaq həmişə xoşdu, ancaq çempionat haqda da düşnməyin vaxtıdır. Məlumdur ki, biz olmayanda Lənkəranda güclü yağışlar yağıb. Biz indi məşqlərin elə proqramını tərtib etmişik ki, əsas və ehtiyat meydan korlanmasın. Ümumiyyətlə, Lənkəranda yağışların tez-tez yağmasını nəzərə alsaq, süni örtüklü əlavə meydana ehtiyac var. Biz bu problemi həll edəcəyik. Biz artıq azarkeşlərimizi Super kubokda qələbə ilə sevindirmişik və mən inanıram ki, onlar “Qarabağ”la oyunda tribunaları dolduracaqlar”.
