25 oktyabr 2013 15:20
Qurban Qurbanov: Toşakın komandası turnir cədvəlinin ikinci hissəsinə layiq deyil
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov azerisport.az saytına müsahibəsində futbol üzrə Topaz Premyer Liqasının 11-ci turu çərçivəsində “Xəzər Lənkəran”la baş tutacaq oyun haqda danışıb.
“Proqram üzrə hazırlaşırıq. Hər şey elə də pis deyil. Qara Qarayev, Maksim Medvedevin simasın itkilərimiz var. Ola bilər ki, Corc Leroy da oynaya bilməsin. İtkilərə baxmayaraq, düşünürəm ki, heyətlə problemlər olmayacaq. “Xəzər Lənkəran”ın Super kubokda qələbəsinə gəlincə, onları təbrik edirəm. Əvvəllər də demişdim ki, Toşakın komandası turnir cədvəlinin ikinci hissəsinə layiq deyil. Çox oyunlarda rəqibləri qarşısında üstün idilər və üç oyundan çox qələbə qazanmalı idilər. “Neftçi” üzərində qələbədən sonra komandada ab-hava təbii ki, yaxşılaşacaq. Bu halda bizi çox çətin oyun gözləyir və biz bu oyuna məsuliyyətlə yanaşmalıyıq. Həmçinin, qeyd edim ki, azarkeşlərin belə çoxluğunda oynamaq xoşdu. Başqa oyunlarda azarkeşlər az olur. Ancaq Lənkəranda oynamaq həmişə xoşdur”.
