25 oktyabr 2013 14:30
Qarabağın Xəzər Lənkəranla oyun qabaği itkiləri
“Qarabağ” futbol üzrə Topaz premyer-liqasının 11-ci turunda “Xəzər Lənkəran”la keçirəcəyi görüşə hazırlaşır. Azerisport.az xəbər verir ki, oyunda “atçılar”ın heyətində zədə səbəbi ilə Qara Qarayev və sarı vərəqə limiti üzündən Maksim Medvedev iştirak etməyəcəklər.
Həmçinin, Corc Leroyun da oyunda iştirakı sual altındadı. Leroy dünənki məşqi ayağındakı ağrılara görə başa vura bilməyib.
Xatırladaq ki, “Xəzər Lənkəran” və “Qarabağ” arasındakı görüş oktyabrın 27-i 19:00-da Lənkəran Şəhər stadionunda baş tutacaq.
