25 oktyabr 2013 13:50

Diniyev: Milliyə yerli baş məşqçi dəvət olunmamasının səbəbi mənə məlumdu

"Rəvan" futbol klubunun baş məşqçisi Şahin Diniyev azerisport.az saytına müsahibəsində Topaz Premyer Liqasındakı "Bakı" ilə oyundan, Azərbaycan Super Kubokundan və millinin yerli məşqçiyə tapşırılmamasından danışıb.

- Çempionatın növbəti oyununa hazırlıq necə gedir?
- "Bakı" ilə oyuna adi matç kimi baxırıq. Bildiyiniz kimi, "Rəvan"da problemlər çoxdu. Funksional hazırlıq yaxşı vəziyyətdə deyil. Futbolçular mən deyəni anlamağa çalışırlar. Amma çempionat gedə-gedə dəyişiklik etməyə çalışırıq. Yəni bizim əlavə vaxtımız yoxdu. Özü də indi çempionatda gərgin oyunlar başlayıb. Bu mənada xal itkisi qaçılmazdı. Müəyyən vaxtdan sonra "Rəvan" daha yaxşı oyun sərgiləyəcək.

- Demək olar ki, "Bakı" favoritdi?
- "Bakı" favoritdi. Lakin "Rəvan"da məğlubiyyət üçün oynamayacaq. Etiraf etməliyik ki, rəqibin şəraiti, heyəti bizdən daha yaxşıdı. Bununla belə futbolçularımız əzmkarlıq sayəsində onları dayandıra bilər. Futbolda həmişə favorit qalib gəlmir. Biz asanlıqla təslim olmaq fikrində deyilik.

- Yəqin Bakı-AZAL görüşünü izləmisiniz...
- Bakı-AZAL oyununu izləmişəm. Əlbəttə, hər bir komandada olduğu kimi onların da güclü-zəif tərəfləri var. Onsuzda çempionatda stabil oynayan komanda yoxdu. Düzgün taktika seçimi ilə rəqibdən xal almaq mümkündü. "Rəvan"ın şansları sıfıra bərabər deyil. Biz mübarizə apararaq gözəl oyun göstərməyə çalışacayıq. Oyun olandan sonra da nəticə özü gələcək.

- "Rəvan"a xal lazım deyil?
- Mən belə demədim. Hər bir komandaya xal lazımdı. Sadəcə biz gələcəyə nikbin baxırıq. İndiki halda müəyyən zamana ehtiyac var. Amma "Rəvan" bundan yaxşı oynayacaq və hər oyunda qələbə üçün çıxacaq. "Bakı"nın heyəti barədə danışmaq istəməzdim. Ümumiyyətlə oyun ərəfəsində hansısa oyunçunu fərqləndirmək düzgün deyil. Mən öz komandama güvənirəm.

- Sizin komanda da "Bakı" ya qol vura biləcək futbolçu var?
- Əlbəttə. İndi heyətlə bağlı danışmaq düz olmaz. Sadəcə "Rəvan" düzgün istiqamət seçməklə öz yolunu gedəcək. "Bakı"da güclü icraçılar var. Heyət baxımından yaxşı futbolçulara malikdi. Amma onları dayandırmaq mümkündü. Heç kim məğlubedilməz deyil. "Neftçi" ilə oyunda müəyyən səhvlər oldu. Onların təkrarlanmasını istəməzdim.

- Superkubok matçını izlədiniz?
- Məşqimiz olduğundan yalnız ilk 45 dəqiqəyə baxdıq. Komandaların hər ikisi nəticəyə oynayırdı. Oyun yox idi. Həm XL, həm "Neftçi"ni nəticə maraqlandırırdı. Bu da başadüşüləndi. 90 dəqiqənin yekununda tabloda 2-1 XL-ın xeyrinə idi. Deməli, bu komanda layiqli qələbə qazanıb. Qalib layiqli olur. Əgər onlar udubsa deməli buna layiq olublar.

- Yığma komandada Berti Foqtsun müqaviləsi başa çatır. Sizcə o qalmalıdı yoxsa yox...
- Bu sual düzgün ünvana verilməyib. Axı bu məsələni mən həll etmirəm. AFFA-nın İcrakomu öz qərarını verəcək. Belə olanda həmkar haqda danışmaq düzgün olmaz. Əgər bizdən asılı deyilsə nəsə demək lazım deyil.

- Sizdən sonra yığmada yerli mütəxəssis baş məşqçi işləməyib. Sizcə səbəb nədi...
- Azərbaycan millisinin yerli məşqçiyə tapşırılmamasının səbəbini bilirəm. Öz üzərimdə də hiss etmişəm. Yığmada işləyəndə çox şeyi bildim. Niyə yerli məşqçi dəvət olunmamasını üzərimdə hiss edərək səbəblərini öyrəndim. Ona görə bu barədə əlavə açıqlama vermək istəməzdim.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.