26 oktyabr 2013 00:48

Tərlan Əhmədov: Nə vaxtsa yenidən Neftçiyə qayıda bilərəm

"Neftçi" futbol klubunun sabiq baş məşqçi əvəzi Tərlan Əhmədov azerisport.az saytına müsahibəsində istefası, klubun prezidenti Sadıq Sadıqovla görüşündən, gələcək karyerasından danışıb.
 
- Söhbətə Super Kubokdan başlamaq istəyirəm. Məğlubiyyətə səbəb nə oldu?
- Rəqib yaxşı oynadı. “Xəzər Lənkəran” layiqli qələbə qazandı. "Neftçi"nin futbolçuları ardıcıl olaraq 3 il çempion oldular, son mövsüm kubok qazandılar. Super Kubok görüşünə bir qədər arxayın çıxmışdılar. Onları motivasiya edə bilmədik. Eyni zamanda meydan pis gündə idi. Ot örtüyü pis olduğu üçün istədiyimiz oyunu göstərə bilmədik. Birinci hissə “Xəzər Lənkəran”ın üstünlüyü şəraitində keçdi. Fasilədən sonra Kardosanın zədələnməsi planlarımızı korladı. Kardosa hava mübarizələrində yaxşı oynadığından pis vəziyyətdə qaldıq. Digər tərəfdən “Neftçi”nin futbolçularının əsas və gənclərdən ibarət yığmadan qayıtması unudulmamalıdı. “Rəvan”la görüşdə qalib gələn heyətə etibar etdik və onların qələbə qazanacağına ümid bəslədik. Təəssüf ki, alınmadı.
 
- Klub prezidenti Sadıq Sadıqovla görüş nə vaxt oldu?
- Super Kubokdan sonrakı gün Sadıq Sadıqov və vitse-prezident Tahir Süleymanovla görüşdük. Oyundan dərhal sonra mətbuatda istefa barədə eşitsəm də, heç kim mənə bu barədə bir söz deməmişdi. Özüm ərizəmi yazaraq getmək istədiyimi bildirdim. Sağ olsun, qəbul etdilər. Çox sağ olsunlar, komandanı mənə etibar etmişdilər. Çalışdım ki, layiqincə işləyəm. Hələ "Simurq"la oyundan sonra mətbuatda yazılmışdı ki, yerimə məşqçi axtarırlar. Lakin heç bir təzyiq olmadı. Klub rəhbərliyindən dost kimi ayrıldıq.
 
- Mətbuatda yazılanda ki, məşqçi axtarırlar, sizə necə təsir edirdi?
- Mən baş məşqçi əvəzi idim. Bilirdim ki, rəhbərlik istədiyi vaxt yeni məşqçi gətirə bilər. Burda bir problem yoxdu.
 
- Sizcə, bir oyuna görə məşqçiləri istefaya göndərərlər?
- Klubun sahibi var və onlar istədikləri qərarı qəbul edə bilərlər. Etimadı doğrultmalıydım. Super Kubok komanda üçün vacib idi. Digər tərəfdən məşqçi işi belədi - bir gün gələn bir gün getməlidi. Şadam ki, müəyyən mənada komandanı liderlər qrupuna saldıq. Məqsəd bu idi və buna nail olduq. Super Kuboku qazanmağı çox istəyirdim. Məşqçi kimi titula sahib çıxmaq istəyirdim. Həm də "Neftçi" növbəti uğura imza atacaqdı. Rəhbərliyə təşəkkür edirəm ki, mənə komandanı etibar etdi.
 
- Deməli, qismət belə imiş...
- Futbolda hər şey olur. Cavid son dəqiqələrdə zərbəni qola çevirsəydi, hər şey başqa cür olardı. 4 ay bu klubda baş məşqçi əvəzi oldum və çalışdım ki, ən yaxşı işi görüm. Həyat davam edir. Gərək irəliyə baxaq. Bir insan daim bir yerdə qala bilməz.
 
- Ümumilikdə Super Kubokda kim uduzdu: “Neftçi”, yoxsa baş məşqçi?
- Tərlan Əhmədov.
 
- Nazim Süleymanovun təyinatına münasibətiniz necədi?
- Ona uğurlar arzulayıram. Yerli məşqçinin gəlməsinə sevindim. “Neftçi”nin prezidenti Sadıq Sadıqovun yerli mütəxəssislərə güvənməsi alqışa layiqdi. “Neftçi”yə cari mövsümü titulla başa vurmasını arzulayıram. İnanıram ki, yeni məşqçilər heyəti hədəfə çatacaq. Komanda liderlər qrupundadı, ona görə şanslar yaxşıdı.
 
- Sizcə, heyətdə dəyişikliyə ehtiyac var?
- İstənilən məşqçi gələndə dəyişiklik edir. Komandanın hücumçuya ehtiyacı var. Heyət hücumcuyla güclənsə, daha yaxşı olar. Mən əvvəldən demişdim ki, forvard lazımdı. Amma indi Nazim Süleymanov qərar verəcək.
 
- “Neftçi”də işləmək Tərlan Əhmədova nəyi öyrətdi?
- Çox şey öyrəndim. Futbol haqqında hamı danışır. Futbolu hamı anlayır, amma hamı oynaya bilmir. Mən həmişə tənqidlərə hörmətlə yanaşmışam. Təcrübə qazandım, gələcəkdə öyrəndiklərim lazım olacaq. “Neftçi”də səmimiyyət, dostluq və qardaşlıq gördüm. 2 il məşqçi, 4 ay baş məşqçi kimi çalışmaq insanı çox şeyi öyrədir. Komandadan belə də ayrıldım. Hazırda istirahət etməyi düşünürəm. İstəyirəm bir qədər dincələm, sonra karyeramla bağlı düşünərəm.
 
- Tərlan Əhmədov nə vaxtsa “Neftçi”yə qayıda bilər?
- Həyatda hər şey ola bilər. Niyə də yox? Bunu zaman göstərəcək. Allah bilən məsləhətdi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.