25 oktyabr 2013 12:50
Nazım Süleymanov: Ancaq Neftçi ilə müqavilə imzalayandan sonra konkret nə isə deyə bilərəm
Futbol üzrə Azərbaycan yığmasının məşqçisi Nazim Süleymanov azersport.az saytına müsahibəsində bildirib ki, bu gün “Neftçi”nin bazasında klub rəhbərliyi ilə görüşəcək.
“Biz müqavilənin bütün detallarını birdəfəlik müzakirə edəcəyik və yalnız müqavilə imzalanandan sonra öz işim necə gördüyümü, köməkçilər və tapşırıqlar haqda konkret nəsə deyə bilərəm. “Neftçi” ölkənin ən məşhur klublarındandır. Burada işləmək şərəfli və çətindir”.
