25 oktyabr 2013 12:10
Elxan Məmmədov: Süleymanov məndən AFFA-nın onu buraxa biləcəyi barədə soruşdu
AFFA baş katibi Elxan Məmmədov bildirib ki, “Neftçi”nin sükanı arxasında dayanmaq təklifi gələcəyi təqdirdə, qurum Azərbaycan yığmasının məşqçisinin yolunda heç bir maneə yaratmayacaq. Azerisport.az xəbər verir ki, Nazim Süleymanov “Neftçi”nin baş məşqçi postuna əsas namizəddir.
“Bizim Süleymanova mane olmağa heç bir səbəbimiz yoxdur. Əksinə, onun premyer-liqa klublarından hər hansına rəhbərlik etməsinə sevinərik. Bu, nə vaxtsa onun Berti Foqtsa köməkçi olmasına etdiyimiz təklifin doğruluğundan xəbər verir”, deyə Məmmədov azaerisport.az müxbirinə bildirib.
Məmmədovun sözlərinə görə, Süleymanovun AFFA ilə müqaviləsi var və burada tərəflərin hər hansı biri tərəfindən razılıqla müqaviləyə xitam verilə biləcəyi barədə bənd var. Bundan başqa, AFFA baş katibi bildirib ki, bu günlərdə Süleymanovla danışıb.
“Süleymanov məndən, uyğun təklif gələcəyi halda hər hansı kluba rəhbərlik etmək barədə soruşdu. Mən sizə dediyim kimi cavab verdim”, deyə Məmmədov vurğulayıb.
“Bu Azərbaycanda ilk hal deyil ki, yığma məşqçisi klub məşqçisi olur”, deyə Sadıqov qeyd edib.
Xatırladaq ki, Foqtsun Azərbaycanda işlədiyi müddətdə onun bir neçə köməkçisi müxtəlif klublardan təkliflər alıb: Hans-Yurgen Gede, Vaqif Sadıxov, Elxan Abdullayev və Olaf Yansen.
