25 oktyabr 2013 21:05
Şahin Diniyev: Oyunçular öz əzmkarlığını göstərdilər
“Rəvan”ın baş məşqçisi Şahin Diniyev Topaz Premyer Liqasının 11-ci turu çərçivəsində keçirilmiş “Bakı” ilə oyunu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin çalışdırıcısı 0:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Bu günkü oyunda göstərdikləri əzmkar oyuna görə futbolçularıma öz təşəkkürümü bildirirəm. Keçən oyunda oyunçularım 45 dəqiqə fiziki cəhətdən hazır idilər. Bu oyunda 60-70 dəqiqə gözləyirdim, elə də oldu. Qalan dəqiqələr isə futbolçuların əzmkarlığından asılı oldu. Ona görə də onlara minnətdaram. Heyətimizdə alternativin olmaması əvəzetmələrdə çətinlik yaradırdı. Buna baxmayaraq, oyunçular öz əzmkarlığını göstərdilər”.
