25 oktyabr 2013 18:10

Nazim Süleymanovun 11 ifadəsi

Azerisport.az “Neftçi”nin yeni baş məşqçisi Nazim Süleymanovun Azərbaycan futbolu ilə bağlı 11 ən yaddaqalan ifadəsini oxuculara xatırladır.
 
Beləliklə:
 
Onda mənim 8 ilini “Neftçi”də keçirdiyim 25 yaşım vardı. Ancaq klub rəhbərliyi qərara aldı ki, mən artıq komandaya lazım deyiləm. Süleymanovun guya oyunlara can qoymaması ilə bağlı söz-söhbətlər yayıldı, mənə çatacaq maşını mənə vermədilər. Onda bazaya Quran gətirdim və dedim: “Mən onsuz da komandada olmayacağam. İstəyirəm ki, Qurana əl basıb nədə haqsız olduğumu mənə deyəsiniz. Kimsə yaxın gəlmədi”. (2007. 1990-cı ildə “Neftçi”dən gedişi barədə, Qazaxıstan KİV-nə müsahibəsindən)
 
Biz pul üçün deyil, Vətənimiz və nüfuzumuz üçün oynayırıq. (2013. DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Rusiya yığmasına qarşı keçirilmiş oyundan öncə, azerisport.az)
 
Mahir Şükürovun Frankfurta getməyini istəmirəm. (2009. DÇ-2010-un seçmə mərhələsi çərçivəsində Lixtenşteyn yığmasına qarşı keçirilmiş oyun ərəfəsində, azerisport.az)
 
Düşünürdüm ki, yığma üçün hər bir şərait yaradılacaq, ancaq çox yanılırdım. (2013. Bakıda hərbçilər arasında keçirilmiş dünya çempionatı ərəfəsində, azerisport.az)
 
Mahir Şükürova qarşı azarkeşlik edəcəyəm. (2010. Rusiya çempionatı çərçivəsində “Alaniya” və “Anji” arasında keçirilmiş oyunda kimə azarkeşlik edəcəyi suala cavabı, azerisport.az)
 
Biz indi Xəzər Lənkərana azarkeşlik edəcəyik. Burada anlaşılmaz heç bir şey yoxdur (2011. AZAL-ın avrokuboklara düşmək şansları barədə düşünərkən, azerisport.az)
 
“Minsk”i keçməsək, AZAL-da qalmağımın mənası yoxdur. (2011. Avropa Liqası çərçivəsində Belorus klubuna qarşı cavab görüşü ərəfəsində, azerisport.az)
 
Məgər “Neftçi”nin futbolçuları öz güclərinə inanmır? (2012. İqor Mitreskinin “Neftçi”nin Avropa Liqasındakı uğurlu çıxışını yaxın beş ildə heç bir komandanın təkrar edə bilməyəcəyi haqda sözlərinə verdiyi şərh, azerisport.az)
 
Lənkəranlı azarkeşlər “Neftçi”nin çempionluğuna hazır olmalıdırlar. (2012. “Neftçi”nin öz çempionluğunu Lənkəranda rəsmiləşdirə biləcəyinin nəzəri mümkünlüyü haqda)
 
Petrjela və Demyanenko “Neftçi”də öz izini qoyublar. (2012. “Neftçi”nin sabiq məşqçiləri haqda, Rusiya KİV-nə müsahibəsindən)
 
Dünən Kamran Ağayevlə görüşdüm. O, dedi ki, heç kim ona diqqət etmir. (2012. Qapıçı ilə “Xəzər Lənkəran” arasında münaqişə barədə, azerisport.az)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.