24 oktyabr 2013 17:30
Neftçinin məşqçi qərargahı komandanı tərk etdi
"Neftçi" rəhbərliyi komandanın məşqçi qərargahının istefasını qəbul edib. Azerisport.az xəbər verir ki, Tərlan Əhmədov, Bəxtiyar Musayev və Kamal Quliyev vəzifəsindən azad edilib.
Klubun rəsmi saytına görə "Neftçi" rəhbərliyə məşqçilərə gələcək işlərində uğurlar arzulayıb.
İnformasiyamıza görə baş məşqçi əvəzi Böyükağa Hacıyevin komandaya rəhbərliyi gözlənilir. Həmçinin Nazim Süleymanovun komandaya gəlişi gözlənilir.
Bu, mövsümdə üçüncü məşqçi istefasıdı. Əvvəllər Ramil Əliyev və Vladislav Qədirov (hər ikisi "Rəvan) vəzifəsindən kənarlaşdırılmışdı.
