24 oktyabr 2013 15:05
Bakının dörd itkisi
“Bakı” sabah 11-ci tur çərçivəsində “Rəvan”ın qonağı olacaq. Azerisport.az klub saytına istinadən xəbər verir ki, klub bu gün oyunöncəsi saatyarımlıq son məşqini keçirib.
Saat 11.00-da başlayan hazırlığa isinmə hərəkətləri ilə start verilib. Futbolçuları çox yükləməyən baş məşqçi Milinko Pantiç ardından əyləncəli əltopu oynamaq tapşırığı verib. Küləkli və soyuq hava şəraitində keçən məşqin digər bölümündə isə komanda üzvləri “kvadrat” oynayıb. Daha sonra qısa və uzaq məsafələrə qaçmaqla yarışan oyunçular son 15 dəqiqədə cinah hücumları üzərində çalışıb.
Zədəsini sağaltmaqla məşğul olan Kamran Ağayev, Mario Rubio, Elvin Əliyev və Şəhriyar Əliyev hazırlıqda iştirak etməyib. Yüngül zədəsi olan Ruben Qonsales isə fərdi çalışmaqla kifayətlənib.
