24 oktyabr 2013 14:50

Zaur RAMAZANOV: Mahir gecə mənə zəng edərək söhbəti bağlamağı xahiş etdi

Naxçıvanda keçirilən XL-Neftçi arasında Superkubok matçının son dəqiqələrində yaranan qalmaqalla bağlı müzakirələr davam edir. Görüşün son dəqiqələrində Neftçinin futbolçusu Mahir Şükürovla Xəzər-Lənkəranın oyunçusu Ağabala Ramazanov arasında olan insidentdə əksəriyyət ağ-qaraların futbolçusunu günahkar sayır.
 
Şükürov Ramazanovu təhqir etdikdən sonra olayların böyüməməsi üçün komanda yoldaşları aranı sakitləşdirdi. Məsələylə bağlı Ağabalanın qardaşı, millinin sabiq futbolçusu Zaur Ramazanovun fikrini öyrəndik. Xəzər-Lənkəranın sabiq forvardı azerisport.az-a bunları dedi: "Oyunda insidentin böyüməsi haqda məlumatım yox idi. Amma dünən gecə Mahir mənə zəng vuraraq anlaşılmazlıq olduğunu dedi. Arxadan ikinci topu meydana atıldığını görəndə Şükürov söyüş söydüyünü etiraf etdi. Amma dediyinə görə görəndə ki, topu Ağabala atıb məyus oldu. Mahir söhbətin böyüməməsini və bağlanmasını istədi. Etiraf etdi ki, heç vaxt mənim qardaşımı söyməz. Sadəcə anlaşılmazlıq olub. Orada əsəbləri yerində olmayıb. Onu başa düşürəm. Futbolda özü də SuperKubok matçında belə hallar ola bilər. Yəqin, hesabda geri olanda hirsli olub, özünü saxlaya bilməyib."

Zaur Ramazanov Mahir Şükürovu çoxdan tanıdığını söylədi. Veteran futbolçunun sözlərinə görə qardaşından həmişən böyüklərə hörmət tələb edib: "Futbol oynadığım zaman Şükürovla tez-tez görüşürdük. Mən ondan böyüyəm, yeri gələndə Şükürov da Ağabaladan böyükdü. Əgər qardaşım artıq hərəkət etsəydi onu cəzalandırardım. Amma burda Mahir günahkardı. Yaxşı ki, zəng vurdu və söhbətin böyüməsinə imkan vermədi. İstəməzdim ki, inciklik olsun. Hamı bir-birini yaxşı tanıyır. Söyüş söymək pis haldı. Onun fəsadları da böyük ola bilər. İndiki halda problem yoxdu, artıq məsələ yerinə qoyuldu. Mahir dedi ki, bilmədi ki mənim qardaşımdı."

Veteran futbolçu Superkubokla bağlı da fikrini söylədi. Onun fikrincə XL layiqli qələbə qazandı: "Aşkar görünürdü ki, XL güclü idi. Oyuna görə də Neftçidən yaxşı oynadı. İlk 45 dəqiqədə Neftçi özünü göstərə bilmədi. Cənubluları təbrik edirəm. Superkuboka layiq idilər. Ən əsası da Lənkəran azarkeşləri bu qələbəyə layiqdi. Onlar hər zaman komandanın yanından olur və dəstəyini əsirgəmir."

Zaur Ramazanov hakimliklə bağlı problemlərin olduğunu dedi. Onun sözlərinə görə mübahisəli epizodda penalti olmayıb: "Düzünü deyim ki, orada penalti yox idi. Ağabala topla irəliləmək istəsədə toxunuş yox idi. Baş hakimin əvvəl penalti təyin etməsi, sonra qərarını dəyişməsi böyük problemdi. Futbolda belə hallar yaxşı qiymətləndirilmir. Axı qərardan əvvəl o həmkarlarıyla məsləhətləşə bilərdi. Eyni zamanda onların əlaqəsi var. Axı hakimlərdə qulaqcıq var. Bəs niyə qulaqcıq alınıb."

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.