24 oktyabr 2013 14:15

Con Toşak: Xəzər Lənkəran məğlub olsaydı, mətbuat konfransına gəlməzdim

Ölkə Super kuboku uğrunda oyundan sonra mətbuat konfransında iştirak etmək üçün jurnalistlər və baş məşqçilər 200 metr məsafə qət ediblər. Azerisport.az xəbər verir ki, təşkilatçılar tərəflərin sualları stadiondan bir qədər aralı Üzgüçülük mərkəzinin binasında cavablamasını lazım biliblər.
 
Siz nə vaxtsa mətbuat konfransında iştirak etmək üçün bu qədər məsafə qət etmişiniz?
Yox. Birbaşa deyim: əgər mənim komandam uduzsaydı, mən çətin ki, gələrdim. Yeri gəlmişkən, oyunumuz sizə xoş gəldi?
 
Naxçıvanı çətin ki futbol şəhəri adlandırmaq olar. Muxtar vilayətin paytaxtına ölkənin üç ən güclü klubundan ikisi gəlmişdi. Ancaq stadion yarısına qədər dolmuşdu. Bu kütlənin də yarısını əksəri ştat geyimində olan hüquq-mühafizə orqanlarının işçiləri təşkil edirdi.
 
Yerli azarkeşlər oyuna qədər kimə azarkeşlik edəcəklərini müəyyən etməmişdilər. Lənkəranlılar bu vaxt ərzində boş durmayıb azarkeşlərə öz bayraqlarını paylamışdılar. Bir neçə yeni bişmiş “lənkəranlı” öz rəmzlərini tullayaraq onları göz görə-görə əzib “neftçilər”in rəmzləri dalınca qaçdılar.
 
Tibbi xidmət maşını ilə anlaşılmazlıq baş verdi. “Neftçi”nin müdafiəçisi Karlos Kardosonu xəstəxanaya aparandan bir neçə dəqiqə sonra “Xəzər Lənkəran”ın oyunçusu zədələndi. Meydanda ikinci maşın yox idi. Çağırışa iki “ambulans” maşını gəldi və qaçış cığırında bir-birinə girdilər. Azarkeşlər nəinki futbol gördülər, hətta doyunca güldülər.
 
Əlbəttə, “Xəzər Lənkəran” oyunçularının sevincini qeyd edək. Vaxtı ilə İspaniya və UEFA Super kubokunu qazanmış Toşak kisəsinə daha bir qənimət əlavə etdi. Ancaq belə təsəvvür yaranırdı ki, bu ən azı dünya kubokudur.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.