24 oktyabr 2013 14:00
Qarabağ rəhbərliyi ilə razılığa gələ bilmədik
Çexiyanın “Trşints” futbol klubunun belorus yarımmüdafiəçisi Dmitri Rekiş “Qarabağ”a keçidinin iflasa uğramasını xatırladıb. Azerisport.az Rekişin sözlərini diqqətinizə çatdırır.
“Azərbaycanın yaxşı klubuna getmişdim. Orada da alınmadı. Rəhbərliklə razılığa gələ bilmədik. Heç nəsiz qaldım və Belorusa qayıtdım. Burada sərbəst məşqə başladım. Dostlarım həvəskar liqada oynamağı məsləhət gördülər. Razılaşdım. Oynaya bilmirsənsə, karyeranı başa vurmalısan. Mən başa düşürdüm ki, hələ də peşəkar səviyyədə çıxış edə bilərəm. Potensial və istəyim vardı”.
