24 oktyabr 2013 13:18
Sumqayıtın heyətində iki itki
Topaz Premyer Liqasının növbəti turu çərçivəsində səfərdə "Qəbələ" ilə qarşılaşacaq "Sumqayıt" Futbol Klubu hazırlığını başa vurub. Azerisport.az bildirir ki, "Sumqayıt" gün son məşqini keçirib
Zədəli olan Sabir Allahquliyev və Elçin Sadıqov məşqdə iştirak etməyib. "Qarabağ"la qarşılaşmada zədə səbəbindən iştirak etməyən Vüqar Əsgərov artıq tam sağalıb. "Sumqayıt" sabah səhər Qəbələyə yola düşəcək.
Qeyd edək ki, "Qəbələ" - "Sumqayıt" oyunu oktyabrın 25-də saat 15:00-da Qəbələ şəhər stadionunda keçiriləcək.
