24 oktyabr 2013 12:10
Xaqani Məmmədov: Həsənovun işi məni razı salmadı
AFFA Hakimlər komitəsinin rəhbəri Xaqani Məmmədov azerisport.az saytına müsahibəsində ölkə Super kubokunun finalında “Neftçi” - “Xəzər Lənkəran” görüşünü idarə etmiş baş hakim Rəhim Həsənovun işindən narazılığını dilə gətirib.
“Hakimin işi məni heç razı salmadı. Bəli, oyun epizodlarından birində hakim səhvini düzəltdi. Ancaq bu, mənim gözlədiyim deyildi. Oyundan qabaq Həsənovdan tələsməməyi xahiş etdim. Bu, prinsipial görüşdü. Hakimlik yüksək səviyyədə olmalıdır”.
