24 oktyabr 2013 11:50
Dmitri Kombarov: Azərbaycan yığmasından yöndəmsiz qol buraxdıq
Futbol üzrə Rusiya yığmasının müdafiəçisi Dmitri Kombarov dünya çempionatının seçmə mərhələsi çərçivəsində Bakıda keçirilmiş Azərbaycan - Rusiya (1:1) oyunu barədə xatırlatma edib. Azerisport.az Kombarovun sözlərini diqqətinizə çatdırır.
“Bütün oyunçular dilxor oldu. Oyunun sonunda yöndəmsiz, lazımsız qol buraxmaq acıdır. Ümumilikdə bu, sevincimizə qüssə qatmadı. Axı biz mundiala yollanırıq”.
