24 oktyabr 2013 11:30
Xəzər Lənkəranın altıncı titulu
“Xəzər Lənkəran” tarixinin 6-cı titulunu qazanıb. Azerisport.az klubun saytına istinadən bildirir ki, 2004-cü ildə yaranan komanda 9 il ərzində sayca 6-cı olan mükafatını ilk dəfə qatıldığı Azərbaycan Superkubokunda əldə edib. “Ağ-yaşıllar” 4-cü Superkuboka “Neftçi”ni 2:1 hesabı ilə məğlub etməklə sahib çıxıb.
