24 oktyabr 2013 11:10
Duqlas Leyta: Xəzər-Lənkərandan mövsümün sonunda növbəti titulu gözləyirəm
“Xəzər Lənkəran”ın qapıçısı Duqlas Leyta azerisport.az saytına müsahibəsində ölkə Super kuboku uğrunda keçirilmiş oyunda “Neftçi” üzərində qələbədən (2:1) danışıb.
Növbəti Böyük oyun əvvəlkilərdən daha sakit keçdi.
Əvəzində qollar çox idi. Birinci hissədə rəqibi bütün göstəricilərdə üstələdik. İkinci hissə bərabər mübarizədə keçdi. Tounkaranın meydandan qovulmasından sonra qüvvələr nisbəti dəyişdi.
Hakim haqlı idi?
Xeyr. Qərar ədalətsiz idi. Ancaq bu haqda danışmağın artıq xeyri yoxdur. Həm də biz qalib gəldik (gülür).
Qovulmadan sonra qələbə haqda şübhələr oldu?
Futbol meydanda baş verən təfərrüatlərdan ibarətdir. Qovulmadan sonra hər şey baş verə bilərdi. Belə alınıb biz qələbə qazandığımız üçün şadam. Demək, layiq idik.
Özünüz geri çəkildiniz, yoxsa rəqib vadar etdi?
“Neftçi” hesabda geri idi və hücum etməli idi. İstəməsək də, geri çəkilməli olduq. Biz müdafiədə yaxşı oyun göstərdik. Rasim Ramaldanovun son dəqiqələrdə vurduğu qol yaxşı hədiyyə idi.
İkinci hissənin sonlarında siz rəqibin cərimə meydanına qaçıb gəldiniz. Belə etməyə sizi nə vadar etdi?
Hədsiz kobudluğa görə hakim “Neftçi”nin oyunçusunu meydandan qovmalı idi. Sakitliyimi saxlaya bilmədim və narazılığımı bildirmək istədim.
Bu, Sizin Azərbaycanda ilk qənimətinizdi.
Bunu komanda ilə ən yüksək səviyyədə qeyd etmək istəyirəm (gülür). Mümkün məğlubiyyət komandaya pis təsir edərdi. İndi mövsümün sonunda növbəti titulu gözləyəcəyəm. Belə ki, artıq böyük qələbələrə alışmaq lazımdır.
Karyeranızda Super kuboklar olub?
Yox. Bu, birinci və xüsusidir.
