24 oktyabr 2013 20:20
Yuri Syomin: Sumqayıtdan ilk dövrədəki məğlubiyyətin əvəzini çıxmaq lazımdı
“Qəbələ”nin baş məşqçisi Yuri Syomin azerisport.az saytına müsahibəsində futbol üzrə Topaz premyer-liqasının 11-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçiriləcək oyundan söz açıb.
“Bizə ilk dövrədəki məğlubiyyətin əvəzini çıxmaq lazımdı (1:2). Bu oyuna hazırlaşarkən bütün səhvləri nəzərə almağa çalışmışıq. “İnter” üzərində qələbədən sonra komandada ab-hava yaxşıdı. Biz premyer-liqada normal mövqe tutmuşuq. Liderdən iki xal geri qalırıq. Oyunçular kifayət qədər yaxşı məşq edirlər. Biz “Sumqayıt”la oyuna hazırıq“.
