24 oktyabr 2013 18:39
Qəbələ İnterə çatdı, Rəvan və Bakı sülhlə ayrıldı
Bu gün futbol üzrə əvəzedici komandalar arasında Azərbaycan çempionatının 11-ci turunun birinci oyun gününün görüşləri baş tutub. Azerisport.az xəbər verir ki, "Qəbələ" doğma meydanda "Sumqayıt" üzərində qələbə qazanıb, "Rəvan" isə "Bakı" ilə məhsuldar heç-heçə oynayıb - 2:2.
Hazırda yarış cədvəlinə 23 xalla "İnter" başçılıq edir. Lideri 19 xalla "Qəbələ" izləyir. İlk üçlüyü 17 xalla "Xəzər Lənkəran" qapayır.
