23 oktyabr 2013 17:57
Əhmədov: Qovulmağımı eşitməmişəm
“Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov azerisport.az saytına müsahibəsində futbol üzrə Azərbaycan Super kubokunun final görüşü barədə şərh verib.
“Məğlubiyyətin səbəbləri? Bunlar az deyil. Bunlardan biri yəqin ki, komandanı kifayət qədər yaxşı kökləyə bilməməyimlə bağlıdır. Klub prezidenti məni qovacağını deyib? Mən bu haqda eşitməmişəm. Əgər belə olsa belə, Sadıq Sadıqovun qərarına hörmətlə yanaşacağam”.
