23 oktyabr 2013 17:44
Rahid Əmirquliyev: Hakim oyunda gərginliyə səbəb oldu
“Xəzər Lənkəran”ın kapitanı Rahid Əmirquliyev azerisport.az saytına müsahibəsində futbol üzrə Azərbaycan Super kubokunun final görüşü barədə şərh verib.
Oyun barədə nə deyə bilərsiniz?
Çətin idi. Qələbəyə rəğmən çətin idi. Meydanın yaxşı vəziyyətdə olmadığını da qeyd etmək istərdim.
Yenə də “Xəzər Lənkəran” - “Neftçi oyununda gərginlik gördük.
Buna səbəb baş hakimin davranışı idi. Əvvəlcə penalti təyin edir, sonra qərarını dəyişir. Bel olmaz.
İkinci sarı vərəqədən sonra Sadio Tounkaranın qovulmasına nə deyərsiz?
Düzünü desəm, bu anı görmədim. Buna görə də heç nə deyə bilmərəm.
Hakimin sarı vərəqələrlə “səxavətli” olduğunu demək olmaz.
Bu belə oyundur ki, burada gərginlik aşıb-daşır. Ona görə belə gərginliyi normal qəbul etmək lazımdır.
Ötən mövsüm rəqibə ölkə kubokunu, çempionluğu uduzdunuz. Bunu nəzərə alıb bu günkü uğura inanırdınız?
Hələ oyuna qədər “Xəzər Lənkəran”ın qələbəsinə inanırdım.
