23 oktyabr 2013 17:22
Con Toşak: Biz Neftçidən yaxşı oynadıq
“Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak azerisport.az saytına futbol üzrə Azərbaycan Super kubokunun final görüşü barədə şərh verib.
“Biz rəqibdən yaxşı oynadıq. Rəqibin say üstünlüyünə baxmayaraq, biz güclü idik. “Xəzər Lənkəran” kuboku layiqincə götürdü.
