23 oktyabr 2013 15:46
Con Toşak Stamenkoviçin geyim formasından narazı qaldı
“Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak Super kubok oyununa çıxan “Neftçi”nin qapıçısı Saşa Stamenkoviçin geyim formasından narazı qalıb. Azerisport.az xəbər verir ki, uelsli mütəxəssisin narazılığına səbəb qapıçının formasının rənginin oyunun hakiminin geyimi rəngində - narıncı olmasıdı.
Toşak bu barədə fikrini hakimə bildirərək əlavə edib ki, bu, meydan oyunçuları üçün böyük əngəldi.
