23 oktyabr 2013 13:29

Nadirov: Super Kuboku qazanıb, Lənkəranda bayram etmək istəyirik

“Xəzər Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirov azerisport.az saytına müsahibəsində Super Kubok matçından, təşkilatçılıqdan, eyni zamanda komandanın oyunundan danışıb.
 
- Super Kubokda iştirak etmək üçün XL Naxçıvana 2 gün əvvəl gəlib. Demək olar ki, komanda artıq oyuna hazırdı?
- “Xəzər Lənkəran” bazar ertəsi Naxçıvana gəldi və elə həmin gün ilk məşqini keçdi. Dünən biz “Neftçi” komandası və PFL rəsmiləriylə birlikdə federasiyanın təşəbbüsüylə Naxçıvanda Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etdik. Ardınca Naxçıvan Gənclər və İdman naziri Azad Cabbarov tərəfindən ziyafət təşkil edildi. Orada hər iki klub və PFL rəsmiləri iştirak etdi. Ümumiyyətlə Super Kubok matçının Naxçıvanda keçirilməsini düzgün qərar hesab edirik. “Xəzər Lənkəran” rəhbərliyi adından biz AFFA prezidenti Rövnəq Abdullayevə təşəkkür edirik bu qərara görə. Naxçıvanda Super Kubokun keçirilməsi üçün hər cür şərait var. Sadə bir misal çəkim - komandamız bura gələndən indiyə qədər Naxçıvan MR Gənclər və İdman nazirliyinin rəsmiləri bizimlə yaxından maraqlanır. İstənilən köməyi etməyə hazırdılar.
 
- “Neftçi” rəhbərliyi ilə görüşdə hansı məsələlər müzakirə olundu?
- Azərbaycan futbolunun hazırkı vəziyyəti və bir sıra məqamlar barədə söhbət oldu. Bildirmək istəyirəm ki, iki klub arasında heç bir problem yoxdu. Mübarizə yaşıl meydanda olur. Sevinirik ki, “Xəzər Lənkəran”la “Neftçi” arasında oyunlar belə böyük marağa səbəb olub. Bu oyun artıq Azərbaycan futbolunun klassikasına çevrilir. Arzulayıram ki, digər komandaların oyunlarına da maraq bu qədər olsun.
 
- Super Kubok oyununu izləmək üçün “Xəzər Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimov Naxçıvana gələcəkmi?
- Fəxri prezidentimiz Mübariz Mənsimov hər zaman komandanın oyunlarıyla maraqlanır. Sadəcə işlərinin çoxluğuyla daim oyunlara gələ bilmir. Avrokuboklar matçlarında çox vaxt stadiondan komandaya dəstək olur. Fərq etməz XL hansı komandayla mübarizə aparır. Mübariz Mənsimovu komandanın hər bir oyunu vacibdi. Bu mənada Super Kubok matçında iştirak edib-etməyəcəyi barədə məndə məlumat yoxdu. Amma komandanın prezidenti Mais Mənsimov hər zaman olduğu kimi komandanın yanındadı. “Xəzər Lənkəran”a oyuna hazırlıq üçün hər cür şərait yaradılıb.
 
- Oyunun vacibliyini nəzərə alaraq futbolçulara xüsusu mükafat söz verilib?
- İlk növbədə deyim ki, biz də belə hallar olmur. Oyundan əvvəl heç vaxt mükafat barədə danışılmır. Futbolçularımız üçün ən böyük mükafat qələbə, azarkeşlərin sevincidi. Onlar komandanın uğurları üçün çıxış edirlər. Super Kuboku qazanmaq və Lənkəranı sevindirmək özü böyük uğurdu. Oyundan sonra mükafat barədə qərarı klub prezidenti verə bilər. İstənilən halda oyunçuların əməyi layiqincə qiymətləndirilir.
 
- Lənkəran azarkeşləri Naxçıvana gəlməkdə problem yaşayır. Uzun yol müəyyən maliyyə tələb edir...
- “Xəzər Lənkəran” Naxçıvana azarkeş gətirməyib. Azarkeşlər hər zaman bizi dəstəkləyiblər harda oynamağımızdan asılı olmayaraq. Fanatlarımız özləri səfərə gələrək komandanın yanından olublar. Biz onların dəstəyini hər zaman hiss etmişik, superkubok matçında da hiss edəcəyik. İnanıram ki, Naxçıvanda da dəstəksiz qalmayacağıq. “Xəzər Lənkəran”ın hər yerdə azarkeşi var. Lənkəranda olan azarkeşlərin dəstəyini də unutmayacağıq. Bilirik ki, Lənkəranda hamı bizdən qələbə gözləyir.
 
- Bu mənada şanslar necədi?
- Şanslar bəradərdi. Naxçıvana Super Kuboku qazanmaq üçün gəldiyimizdən yalnız qələbə istəyirik. 1995-ci ildən sonra ilk dəfə bu superkubok bərpa olunub. Bu mənada AFFA rəhbərliyinə təşəkkür düşür. Biz istəyirik Lənkəran bizim qələbəni bayram etsin. Futbolçularımız yaxşı hazırlaşıb və meydana yalnız qələbə üşün çıxacaqlar.
 
- Son kubok finalında XL “Neftçi”yə məğlub olmuşdu...
- Həmin kubokun finalından XL yaxşı oyun sərgilədi. Stadionda olan azarkeşlər gördü ki, komandamız heç bir epizodda uduzmadı. Penaltilərdə rəqib qələbə qazandı. Hamı bilir ki, penalti lotoreyadı. Heç kim deyə bilməz 11 metrlik zərbələrdə nə olacaq. Oyuna görə uduzmadıq, penaltilərdə uduzduq. Bu dəfə komandanın 90 dəqiqədə hər şeyi həll etməsini istərdik. Matç zamanı vurulan qol, qazanılan qələbə daha vacibdi və əhəmiyyətlidi. Ona görə penaltilərin olmasını istəməzdik. Axı bu lotoreya kimidi.
 
- XL çempionata uğurlu start götürmədi. Mətbuatda bir sıra şayiələr yayılırdı. Sizin komandayla bağlı rəsmi mövqeyiniz bilmək istərdik...
- Komandamızın baş məşqçisi Con Toşak martdan etibarən sükan arxasındadı. Bəzi uğursuz məqamlar olsa da getdikcə oyun yaxşılaşır. Toşakın çox təcrübəli məşqçi heyəti var. Oyun baxımından hər tur irəliləyiş hiss olunur. Müəyyən zamana ehtiyac var idi. Transfer dönəmində lazimi oyunçular alındı və gələcəkdə də belə olacaq. Qarşıda da Toşaka hansı futbolçu lazım olsa biz onu heyətə cəlb etməyə hazırıq. Bu mənada onun üçün hər cür şərait yaradılıb. XL Toşakı təcrübəsinə inanır. Getdikcə XL daha güclü oynayacaq. Çempionatda hələ heç nə itirilməyib, ən vacib oyunlar qarşıdadı. 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.