23 oktyabr 2013 12:33

Süleymanov: Naxçıvanda elə şərait var ki...

“Neftçi” klubunun vitse-prezidenti Tahir Süleymanov Naxçıvan səfərindən və Super kubok görüşündən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
 
“Neftçi” olaraq Naxçıvanda bizə yaradılan şəraitdən razıyıq. Hələ 10 gün əvvəl təşəbbüslə çıxış edərək “Xəzər Lənkəran” rəhbərliyi ilə görüşdük və bir sıra birgə keçirmək istədiyimiz tədbirlərlə bağlı müzakirələr apardıq. Cənublular düşündükdən sonra razılıq verdi. Bu gün (söhbət dünən olub) iki komandanın rəhbərliyi, məşqçiləri, futbolçuları PFL rəhbərliyi ilə birlikdə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etdik. Ardınca Naxçıvan Gənclər və İdman Nazirliyi tərəfindən təşkil edilən ziyafətdə söhbət etdik. Həmin tədbirdə iki klub rəsmiləri və PFL rəhbərliyi də iştirak etdi. Əsas müzakirə futbolumuzun inkişafı, yerli “Araz Naxçıvan” klubunun perspektivi oldu. Hər iki komanda arasında münasibətlər yaxşıdı. Mübarizə yalnız meydanda olur, kənarda biz futbolumuzun inkişafı üçün çalışırıq. Qeyd etmək istəyirəm ki, burada Super Kuboka maraq böyükdü. Yüksək səviyyədə şərait yaradılıb. Həm otel, həm stadiondan razıyıq. Naxçıvanda elə bir şərait yaradılıb ki, burda istənilən vaxt beynəlxalq oyun da keçirmək olar.
 
Super Kuboka gəlincə, “Neftçi” meydana qələbə üçün çıxacaq. Bizim üçün ən böyük mükafat qələbə, növbəti kubokun qazanılmasıdı. Bununla yanaşı qeyd etməliyəm ki, hər iki komanda sabah Azərbaycan futbolunun qələbəsi üçün çıxış edəcək. İstənilən halda bizim futbol uğur qazanacaq. Əsas məsələ ölkə futboluna adına layiqli futbolu izləməkdi. Bu görüş Naxçıvanda futbolun inkişafına da dəstək olacaq. Tezliklə “Araz Naxçıvan” da Premyer Liqaya vəsiqə qazana bilər. Onların burda hər cür şəraiti var”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.