24 oktyabr 2013 00:15
Atletiko İlham Əliyevi təbrik etdi
“Atletiko de Madrid” Klubunun sədri Migel Anxel Xill Marin İlham Əliyevin yenidən Azərbaycan Respublikasının prezidenti seçilməsi münasibətiylə dövlət başçısını təbrik edib. Azerisport.az xəbər verir ki, təbrik məktubunda deyilir:
“Zati-aliləri,
Yenidən Azərbaycan Respublikası Prezidenti seçilməyiniz münasibətilə Sizi “Atletiko de Madrid” Futbol Klubu adından təbrik etmək istəyirik.
Biz çox şadıq ki, Azərbaycanın inkişaf prosesi Sizin siyasi liderliyiniz altında davam edəcəkdir. Ümidvarıq ki, bu prosesdə biz də iştirak edəcəyik.
Azərbaycanın strateji tərəfdaşı kimi biz əməkdaşlıq yolumuzu, eləcə də, Sizin ölkənizin imicini təşviq etmək və İspaniya ilə Azərbaycan arasında münasibətləri növbəti illərdə də möhkəmləndirməyə hazırıq.
Sizin siyasi uğurlarınıza və bizim xüsusi dostluğumuza yeni idman nailiyyətləri əlavə etmək bizim üçün şərəf olardı. Sizə fəaliyyətinizdə bir daha uğurlar arzulayırıq".
Qeyd edək ki, “Atletiko” “Bakı” ilə tərəfdaşdı.
