23 oktyabr 2013 12:13
Neftçi və Qarabağ üçün yubiley oyunları
Topaz Premyer Liqasının XI turu Azərbaycan çempionatlarında ən çox oyun keçirən 2 klub üçün əlamətdar olacaq. Azerisport.az xəbər verir ki, bütün yarışlarda güclülər dəstəsində çıxış etmiş “Neftçi” və “Qarabağ” qarşıdakı turda 600-cü matçına çıxacaq.
22-ci mövsümündə 600-ü “fəth edəcək” hər iki komanda yubiley matçını səfərdə keçirəcək. “Neftçi” “Şəfa”da “Simurq”un, “Qarabağ” isə Lənkəranda “Xəzər Lənkəran”ın qonağı kimi 600-ə çatacaq.
Topaz Premyer Liqasının şərikli liderləri olan yubilyarlar 1992-ci ildən indiyədək keçirdikləri 599 matçın yarısından çoxunda qalib gəlib. “Neftçi” qələbə, qol və xal sayında daha üstündür.
|
Neftçi (Bakı)
|
599
|
363
|
131
|
105
|
1104-399
|
1220
|
|
Qarabağ (Ağdam)
|
599
|
314
|
143
|
142
|
856-506
|
1085
|
294-cü dəfə səfərdə oynayacaq “Neftçi” öz meydanında da eyni sayda oyuna çıxıb. “Qarabağ” isə öz meydanında 293 dəfə oynayıbsa, 295-ci səfərə yollanacaq. Hər 2 komanda neytral meydanlarda 12 görüş keçirib.
Hər iki komanda ilk matçını 1992-ci ilin mayında keçirib. “Qarabağ” ayın 3-də Sabirabad “İnşaatçı”sı ilə ev oyununda uduzub – 1:2. “Neftçi” isə 5 gün sonra Sumqayıt “Xəzər”ini 1:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, çempionatda ən çox oyun keçirən 3-cü komanda “Turan”dır – 584 matç. (PFL)
