23 oktyabr 2013 11:30
Estoniya - Azərbaycan oyununun başlanma vaxtı bəllidir
Noyabrın 15-də Azərbaycan milli komandası ilə Estoniya yığması arasında keçiriləcək yoldaşlıq oyununun başlanma vaxtı müəyyənləşib.
Tallinn şəhərindəki "A. Le Coq Arena"da təşkil olunacaq Estoniya - Azərbaycan yoldaşlıq görüşü yerli vaxtla saat 18:45-də (Bakı vaxtı ilə 20:45) başlayacaq. (AFFA)
