23 oktyabr 2013 11:15

Arif Əsədov: Super kubok oyunu komandalara problem yarada bilər

Futbol üzrə gənclərdən ibarət Azərbaycan yığmasının (U-19) baş məşqçisi Arif Əsədov azerisport.az saytına müsahibəsində bu gün Naxçıvanda futbol üzrə Azərbaycan Super kubokunun “Neftçi” və “Xəzər Lənkəran” arasında keçiriləcək final görüşü barədə fikrini bildirməklə yanaşı, komandasının Avro-2015-in birinci seçmə mərhələsində çıxışını qiymətləndirib.
 
Sizcə Super kubok oyununun favoriti kimdir?
Görüşün neytral meydanda keçirildiyini nəzərə alsaq, şanslar bərabərdir. Ola bilər ki, “Neftçi” hazırda “Xəzər Lənkəran”dan daha yaxşı vəziyyətdədir. Amma burda başqa ab-hava var. Hər şey bir oyunun nəticəsi ilə həll olunur. Güclü qalib gələcək.
 
Komandalarını təqvimini nəzərə alsaq, hesab etmirsiniz ki, bu oyunun keçirilmə yeri elə də münasib seçilməyib?
Təqvim baxımından bu, hər iki komandaya çətinlik yarada bilər. Bununla belə, axı bu oyun, çoxdan keçirilməyən Super kubok uğrunda görüşdür. Düşünürəm ki, bir qədər gec olsa da, PFL bu oyunu təşkil etməklə düzgün addım atıb.
 
Bəs görüşün keçirilmə yerinə gəlincə? Məsələn, hər iki komanda azarkeşləri üçün bu səfər heç də ən yaxın deyil.
Düşünürəm ki, görüş yeri düzgün seçilib. Niyəsini izah edim. Siz bilirsiniz ki, Naxçıvanda yeni komanda - “Araz Naxçıvan” var və bu oyun yerli azarkeşlərin “böyük futbol” maraqlarını artıracaq. Bu oyun Bakıda oynanılsaydı, “Neftçi”nin xeyrinə olduğu deyilərdi. Naxçıvan seçimini düzgün qərar hesab edirəm.
 
Komandanız bu yaxınlarda Avro-2015-in seçmə mərhələsini hesabında 1 xal və qrup sonuncusu kimi uğursuz nəticə ilə bitirdi.
Qrupun güclü olduğunu bilirdik. Bununla belə, növbəti mərhələyə keçmək istəyirdik. İrlandiya, Bosniya və Herseqovina ilə oyunlara ümid bəsləyirdik. İsveçlə oyunun çətin olacağını başa düşürdük, həmçinin, onlar evdə oynayırdılar. Bəzi oyunçularımızın günaşırı oynamağa tab gətirməyəcəyi təqvimi də nəzərə almışdıq. Əvvəllər demişdim, oyunçuların gücünün qalması üçün belə futbolçulardan ibarət iki bərabər heyətimiz olmalıdır.
 
Oyunlar haqda nə deyə bilərsiniz?
İrlandiya ilə yaxşı oynadıq. Vəziyyətlərimiz vardı. 30-cu dəqiqədə Bədəlovun qovulması komandanın “fizikasına” növbəti oyuna hazırlaşmaq baxımından təsir etdi. Bosniyalılarla heç-heçəyə nail olduq. İsveçdən xal almaq qalırdı. Təəssüf ki, alınmadı.
 
Problemlər nədə idi?
Bizim yaş kateqoriyasında problemlər oyun təcrübəsi ilə bağlıdır. Bir qayda olaraq, bu oyunçular yeniyetmə və öz klublarının ehtiyat heyətlərindəndir.  Ancaq heç də hamısı öz komandaları üçün oynamaq şansı əldə etmir. Adətən oynayanlara ümidlər vardı, ancaq bu ümidlər doğrulmadı.
 
Yəqin ki siz Moskva “Lokomotiv”indən olan Samir Məsimovu nəzərdə tutursunuz? İlk iki oyunda siz onu əsas heyətdə meydana buraxdınız, ancaq fasilədən sonra əvəzlədiniz. Son oyunda isə ikinci hissənin ortalarında oyuna atdınız.
Bəli, ona da biz ümidlər bəsləyirdik. Ancaq onun oyun təcrübəsi axsayır, biz bunu bilir və başa düşürdük. Heç bir oyunçunu günahlandırmıram. Onlar böyük əmsalda oynayırdılar. Ancaq bəzən bu, kifayət deyil.
 
Məsimov barədə. Maraqlıdır ki, o, Azərbaycan üçün oynamaq istəyini bəyan edəndən sonra, “Lokomotiv”in ikinci komandasının əsas heyətində yer almaqdan məhrum olub.
Görünür onlar gənc oyunçuların xidmətindən legioner qismində istifadə etmək istəmirlər. Biz bununla Rusiyada oyunçular seçəndə tez-tez rastlaşırıq. U-17-də yığmanın seçimi hələ ciddi rol oynamırsa, U-19-un oyunçuları ilə bu, belə deyil. Ancaq mən Məsimova Azərbaycanı - öz tarixi vətənini seçdiyi üçün minnətdaram.
 
Bu mərhələnin bitməsi ilə sizin AFFA ilə müqaviləniz başa çatdı. Gələcək planlarınız?
Bəli, müqavilə müddəti başa çatdı. Ancaq biz AFFA baş katibi Elxan Məmmədovla görüşdük və o, mənə komandanı növbəti il də çalışdırmağı həvalə etdi. Məlumdur ki, indi 1996-97-ci il təvəllüdlü oyunçulardan ibarət heyət formalaşacaq. Müqavilə hələ rəsmən imzalanmayıb. Ancaq əvvəlcədən razılıq əldə edilib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.