23 oktyabr 2013 10:45
Səmədağa Şıxlarov: Qolun Nəzirovun yox, Muaremin hesabına yazılmasını tələb edirəm
Azərbaycan futbolunun veteran Səmədağa Şıxlarov azerisport.az saytına müsahibəsində Topaz premyer-liqasının 10-cu turunda “Sumqayıt” - “Qarabağ” oyunu zamanı vurulmuş birinci qolun “kimyaçılar”ın qapıçısı Anar Nəzirovun avtoqolu kimi qeydə alınması qərarına münasibətini bildirib.
“Başa düşmürəm, bu qolu kim Anar Nəzirovun avtoqolu hesab edir? Nə qədər ki biz futbolumuzda şou, özünüreklam, gərəksiz sensasiya və sirk görəcəyiksə, belə qollar da avtoqol sayılacaq. Qoy gedib aparıcı Avropa çempionatlarında belə qolların kimin hesabına yazılmasına baxsınlar. Azərbaycanın ən perspektivli və yaxşı qapıçılarından birini “sındırmaq” nəyə lazım? Keçmiş futbolçu kimi mən xahiş və tələb edirəm ki, birinci qol Muarem Muaremin hesabına yazılsın, Nəzirovun yox. Gəlin özümüzü cahil kimi göstərməyək”.
