23 oktyabr 2013 21:30
Neftçinin müdafiəçisi reanimasiyanı tərk edib
“Neftçi”nin müdafiəçisi Karlos Kardoso xəstəxanadan komandanın heyətinə dönüb. Azerisport.az xəbər verir ki, Kardoso “Xəzər Lənkəran”la ölkə Super kubokunun final görüşündə zədələnmiş və xəstəxanaya aparılmışdı.
Klubun vitse-prezidenti Tahir Süleymanovun sözlərinə görə Kardoso reanimasiyada 2-3 saat olub. Hazırda braziliyalı komanda ilə Naxçıvandan Bakıya qayıdır. Paytaxtda Kardoso daha bir tibbi baxış keçəcək. Bununla da onun növbəti oyunda iştirakına aydınlıq gələcək.
