23 oktyabr 2013 19:15
Sadio Tounkara: O, belə oyunun hakimi olmağa layiq deyildi
“Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Sadio Tounkara futbol üzrə Azərbaycan Super kubokunun final görüşü barədə şərh verib. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“İlk dəqiqələrdən hər şey qaydasında idi. Ancaq sonra hakim oyuna müdaxilə etdi. Əvvəl penalti təyin etdi, sonra qərarını dəyişdi. Ardınca məni səbəbsiz yerə meydandan qovdu. O, belə oyunun hakimi olmağa layiq deyildi. Meydanı tərk edəndə məyus idim. Qorxurdum ki, mənə görə komanda məğlub olar. Məni sığortaladıqlarına görə onlara təşəkkür edirəm”.
