23 oktyabr 2013 19:04
Ramin Musayev: Hakimin qərarını dəyişmək hüququ var
PFL prezidenti Ramin Musayev Azərbaycan Super kubokunun final görüşü barədə şərh verib. Azerisport.az Musayevin fikirlərini diqqətinizə çatdırır.
“Bu, futbol bayramı idi. Bir anda oyunda gərginlik oldu, ancaq bu, ötəri idi. Əgər reallaşmayıbsa, hakimin öz qərarını dəyişmək hüququ var. Rəhim penalti təyin edəndə təəccübləndim. Yəqin son qərar düzgün idi. Hər iki komandanın futbolçuları əl sıxıb dostcasına ziyafətə yolandılar”.
