23 oktyabr 2013 18:22
Sadıq Sadıqov: Neftçiyə “təzə qan” lazımdır
“Neftçi”nin prezidenti Sadıq Sadıqov komandasının ölkə Super kuboku uğrunda oyunda məğlubiyyətinə şərh verib. Azerisport.az Sadıqovun fikirlərini oxucuların diqqətinə çatdırır.
“Bu gün “Xəzər Lənkəran” qələbəyə layiq idi. Bunu hələ oyunqabağı hiss etmişdim. Mənə elə gəlir ki, “Neftçi”nin oyunçuları qələbələrdən bir qədər yorulublar. Bizə “təzə qan” lazımdı. Yaxın günlərdə klubdakı vəziyyəti müzakirə edəcəyik”.
