23 oktyabr 2013 18:08
Zohair Benuahi: Azlıqda belə Neftçidən yaxşı idik
“Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Zohair Benuahi futbol üzrə Azərbaycan Super kubokunun final görüşü barədə şərh verib. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Bu oyuna baxanlar yaxşı oyun gördülər. Oyunun gedişində say azlığında qalanda belə, biz rəqibdən daha yaxşı idik. “Xəzər Lənkəran”la ilk qənimətimi əldə etməyimə şadam. Hakimə gəlincə, qərarını belə dəyişən hakim görməmişdim”.
