23 oktyabr 2013 18:00
Con Toşak: Bizi heç nə sındıra bilməzdi
“Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak azerisport.az saytına müsahibəsində futbol üzrə Azərbaycan Super kubokunun final görüşü barədə şərh verib.
“Oyunçularıma xarakterinə görə təşəkkür edirəm. Bu oyunda çox şey baş verdi. Hakim əvvəlcə penalti təyin etdi, sonra bundan imtina etdi. Sonra biz dirəyi nişan aldıq. Ancaq bu, bizi sındırmadı. Bu qələbəyə şadam”.
