22 oktyabr 2013 17:45

Ağasəlim Mircavadov: Saşa Stamenkoviç o hərəkətini təkrarlamamalıdı

“Xəzər Lənkəran” və “Neftçi” klublarının sabiq baş məşqçisi Ağasəlim Mircavadov azerisport.az saytına müsahibəsində Super Kubokla bağlı fikirlərini bölüşüb, komandaların şanslarını dəyərləndirib.
 
- Super Kubokun favoriti yoxdu, razısız?
- Belə oyunlarda favorit olmur. Super Kubok, ölkə kubokunun finalı kimi 1 oyundan ibarətdi. Daha yaxşı kim hazır olsa, həmin komanda da qalib olur. Oyun baxımından üstünlük “Neftçi”nin tərəfindədi. Çempionata yaxşı başladılar, ardıcıl qələbə qazandılar. Lakin “Xəzər Lənkəran” da elə-belə komanda deyil. “Neftçi”ylə oyuna cənublulara motivasiya lazım olmur. Futbolçular meydana yalnız qələbə üçün çıxır. Digər tərəfdən “Neftçi” ötən mövsümki komanda deyil. "Rəvan"la oyunu yəqin ki, izləmisiniz. Qalib gəldi, amma çətinliklə. Oyunları asan keçmir. Ötən mövsüm “Neftçi” sanki reys üzərində idi və özü gedirdi.
 
- Bu mənada Super Kubok “Xəzər Lənkəran” üçün daha vacibdi...
- Çempion komanda kimi Super Kubokun qalibi olacaq komanda da tarixə düşəcək. Hər iki klub tarixə düşmək istrəyir. “Neftçi” ardıcıl 3-cü mükafatı istəyir. “Xəzər Lənkəran” isə Con Toşakın rəhbərliyi altında ilk mükafatı əldə etmək arzusundadı. Toşak hələ axtarışdadı. Hiss olunur ki, komandanı istədiyi məcraya yönləndirmək istəyir. Super Kubok ona arzularını reallaşdırmağa kömək edər.
 
- Bu oyunda hansı futbolçu görüşün taleyini həll edə bilər?
- Liderlər oyunun taleyini həll edə bilər. “Neftçi”də lider daha çoxdu. Mahir Şükürov yığmada son iki oyunu əla keçirdi. Araz Abdullayev, Flavinyo, Rəşad Sadiqov komandasına qələbə qazandıra bilər. Sadəcə məşqçilər Abdullayevdən daha çox tələb etməlidi. Arazın potensialı yüksəkdi. Amma hələ bütün potensialını açmayıb. Bu oyunçılar cənublulara problem yarada bilər.
 
- “Xəzər Lənkəran”da kim qəhrəman olar bilər?
- Rahid Əmirquliyev liderliyi üzərinə götürə bilər. Manuel Skarlatake də yaxşı futbolçudu, amma sabit çıxış etmir. Ona görə çətin olur onun üçün. Liderlər üçün sabit oynamaq vacibdi. Cənublular komanda oyunu göstərməlidi. Əgər öz oyunları olsa, rəqibi dayandıra bilərlər.
 
- Super Kubokun taleyi penaltilərdə həll olunsa, yenə həmin qalmaqal təkrarlana bilər?
- Penaltilər lotoreyadı. İlk olaraq həmin finalda hakim günahkar idi. O, gərək qapıçıya xəbərdarlıq edərdi. Stamenkoviç həmin hərəkəti unutmalıdı və təkrarlamalı deyil. Əlbəttə, penaltilərdə Stamenkoviç daha təcrübəlidi. Orxan Sadıqlını “Xəzər Lənkəran”a mən gətirmişəm. Bacarıqlı və qabiliyyətli oğlandı. Yaxşı qapıçıdı. Ola bilər müəyyən mənada təcrübəsi çatmasın. Məhz təcrübə çox şeyi həll edir. Fikrimcə, hər iki komanda məsələni 90 dəqiqədə həll etməyə çalışacaq.
 
- Super Kubok XL azarkeşləri üçün çox vacibdi...
- Azarkeşlər Lənkəranda çox sadiqdilər. Amma onlar nəticə istəyir. Onlarla işləmişəm və bilirəm ki, hər zaman komandanı dəstəkləyirlər. XL onlara qələbə bəxş etsə, bütün Lənkəran xoşbəxt olacaq.
 
- Sizcə, “Neftçi”ni udmağın yolu nədir?
- Bəlkə düzgün olmaz bu suala cavab vermək. Amma gərək öz oyunlarını oynasınlar. Mövqe seçimində səhvə yol verməsinlər. Ən əsası mövqelərini rəbiqə verməsinlər. “Neftçi”nin əsas oyunu mərkəzdi. XL mərkəzi nəzarətdə saxlamalıdı. Sürətli keçidlərlə hücuma qoşulub qol vurmaq olar. Mərkəzə nəzarəti əldən verməsə ağ-qaraları üstələmək olar.
 
- Super Kubokun Naxçıvanda keçirilməsi azarkeşlərə zərbə oldu...
- Ola bilər kiminsə imkanı yoxdu getməyə. Amma Super Kubokun orada olması futbolun inkişafına dəstəkdi. UEFA özü də Super Kubok oyunlarını hər il müxtəlif şəhərə verir. İstərdim gələn il Super Kubok başqa stadionda olsun. Əgər çempion Bakı təmsilçisi olsa, qoy başqa şəhərdə oynasınlar. Hər iki komandaya uğurlar arzu edirəm. Onlar bizə futbol bayramı yaşatmalıdı.
 
- Sizcə, PFL niyə məhz Naxçıvanı seçdi?
- Naxçıvan düzgün seçimdi. Digər tərəfdən oyunu niyə paytaxtda keçirmək istəmədikləri də bəllidi. Ola bilər mümkün qalmaqalın qarşısını almaq istədilər.
 
- Super Kubokda qalmaqal ola bilər?
- Gəlin elə şeylərdən danışmayaq. Böyük oyunda heç bir problem olmayacaq. Son ölkə kubokunun finalında olanlar unuduldu. İnanmıram ki, futbolçular o barədə düşünsünlər. Çıxsınlar meydana rahat oyunlarını oynasınlar. Qoy sonda məğlub qalibi qələbəylə, qalib isə rəqibi gözəl oyuna görə təbrik etsin.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.