22 oktyabr 2013 17:03
PFL Neftçi və Xəzər Lənkəranı barışdırmaq qərarına gəlib
Bu dəqiqələrdə Naxçıvanda PFL rəhbəri Ramin Musayevin vasitəçiliyi ilə “Neftçi” və “Xəzər Lənkəran” rəhbərliyi arasında görüş keçirilir. Azerisport.az xəbər verir ki, görüş sabah keçiriləcək Superkubok oyununa həsr edilib.
PFL tərəfindən atılan bu addım oyun zamanı hər hansı asayiş pozuntusunun qarşısının alınmasına və güzəştsiz rəqiblər arasında münasibətlərin nizamlanmasına yönəlib.
