22 oktyabr 2013 16:00

İmaməliyev: Naxçıvanda Neftçiyə azarkeşlik edəcəklər

“Araz-Naxçıvan” klubunun yarımmüdafiəçisi Emin İmaməliyev azerisport.az saytına müsahibəsində Superkubok uğrunda keçiriləcək oyundan və komandasının premyer-liqaya düşmək mübarizəsindən danışıb.
 
Superkubokun Naxçıvanda keçirilməsi fikrinə necə yanaşdınız?
Yerli komandanın oyunçusu kimi, yaxşı. Böyük futbol Naxçıvana qayıtdı. Burada Azərbaycan yığmasını da görmək pis olmazdı. Nə üçün burada seçmə mərhələnin bəzi oyunlarını keçirməyək? Burada bunun üçün şərait var. Burada futbolu sevirlər.
 
Monako knyazlığında uzun illər UEFA Superkubokunun oyunları keçirilib. Yerli Superkubokun Naxçıvanla bağlanması fikri sizin üçün necədir?
Əla fikirdir. Ola bilər ki, “Araz” da tezliklə Naxçıvanda bu oyuna çıxa bilər. Burada futbolu sevirlər. Oyunlara gəlmə ilə də problem olmamalıdır.
 
Oyunlara gəlmə nə qədərdir?
Oyunlar əsasən iş vaxtlarında keçirilir. Stadion yarıya qədər dolur. Ancaq belə səviyyədə oyunların keçirilməsi, əlbəttə ki, azarkeşlərin futbola marağını daha da artıracaq.
 
Özünüz oyuna gedəcəksiniz?
Bəs necə.
 
Kimə azarkeşlik edəcəksiniz?
“Neftçi”yə. Bu komanda öz oyun üslubuna görə mənə daha çox xoş gəlir. Hazırda bakılılar öz rəqibindən daha yaxşı görünür və görüşün favoritidirlər. “Xəzər Lənkəran” hələ sabit çıxış etmir. İnanmağım gəlmir ki, onlar Superkuboku qazana bilərlər. Öz də hamısı olmasa da, əksəri “Neftçiyə” azarkeşlik edəcək.
 
Bu komandalar arasında son iki oyun qalmaqal və qırğınla yadda qalmışdı. Naxçıvanda bundan ehtiyat etmək olar?
Yox. Buna inanmıram. Burada hər şey nəzarətdədir. Belə şeylərə yol verməzlər. Gəlin yaxşısı budur, oyun haqda danışaq. Düşünürəm ki, maraqlı keçəcək. Hər halda qolsuz heç-heçə ilə başa çatmış son iki oyundan maraqlı olacaq.  Bu oyunda üç-dörd qol vurulacaq.
 
“Araz-Naxçıvan” belə səviyyədə olan rəqiblərlə nə vaxt oynayacaq?
Biz birinci pillədə gedirik və əgər öz liderliyimizi qoruya bilsək, artıq gələn mövsümdə.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.