22 oktyabr 2013 15:20
"Ukrayna çempionatı Azərbaycan çempionatından güclüdü"
Zaqatala “Simurq”unun sabiq və Ukraynanın “Zarya” klubunun hazırkı qapıçısı Viktor Postranski Azərbaycan və Ukrayna çempionatlarını müqayisə edib. Azerisport.az Postranskinin fikirlərini diqqətinizə çatdırır.
“Ukrayna və Azərbaycan çempionatlarının səviyyəsini xüsusən müqayisə etməyə dəyməz. Bizim çempionatımız birmənalı şəkildə güclüdür. Tamamilə bütün komponentlərdə. Futbolçuların səviyyəsi baxımında, klubların strukturları baxımından, təşkilati baxımdan, çempionatın keçirilməsi baxımından”.
Xatırlada ki, Postranski “Simurq”da 2009-cu ilin sentyabrından 2010-cu ilin fevralına qədər çıxış edib.
